Ziqler yenidən İstanbula qayıdır
08.12.2012 - 21:03
Ziqler yenidən İstanbula qayıdır
“Beşiktaş” “Fənərbaxça”nın sabiq futbolçusunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “qara-qartallar” İsmayıl Köybaşının zədələnməsindən sonra müdafiənin sol cinahını gücləndirmək üçün ötən mövsüm “sarı-bülbüllər”in heyətində icarə əsasında çıxış edən Reto Ziqlerlə anlaşmaya yaxındırlar.

Karakartal.com internet saytı “Yuventus”a məxsus olan və hazırda Moskva “Lokomotiv”da icarə əsasında çıxış edən İsveçrə yığmasının oyunçusu ilə İstanbul klubu transferin 99 faizini həll etdiyini yazıb.

Qeyd edək ki, ötən mövsümü “Fənərbaxça”da keçirən Reto Ziqler yalınız 1dəfə fərqlənməyi bacarıb.