“Milandakı ab-havadan çıxmaq çətin olacaq”
09.12.2012 - 00:02
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- Qrup mərhələsinin sonuncu oyununu “İnter”ə qarşı keçirdiniz. “Cüzeppe Meattsa” stadionunda baş tutmuş matç sizdə hansı təəssüratlar yaratdı?
- Rəqibimiz zəif komanda deyildi. Bunun özü qürurvericidir ki, İtaliyada, onların stadionunda oyun keçirdik. Heç-heçə edib, uğurlu nəticə qazanmağımızın ləzzəti tamam başqadır.
- İkinci hissədə daha fəal idiniz. Fasilədə nə dəyişmişdi?
- Düzdür, ikinci hissədə 2 qol vurduq. Amma fasiləyə qədər də pis oynamadıq. 5-6 dəqiqə də fasiləsiz topu özümüzdə saxlayırdıq. Rəqib topu bizdən ala bilmirdi. Sadəcə, qolları ikinci hissədə vurduq. Oyunu yaxşı sonluqla yekunlaşdırdıq.
- Əvəzlənməyiniz nə ilə bağlı idi?
- Zədələndiyimdən əvəzlənməyimi istədim. İkinci hissəyə çıxanda ayağımda dartılma var idi. Qorxurdum ki, əzələm qopsun. Komandanı yarımçıq qoymaq istəmədim. Ona görə ikinci hissəyə çıxdım. Amma get-gedə ağrılarım artdı. Bu üzdən əvəzlənməyimi istədim. İstəmədim ki, əzələm qopsun.
- Stadionun boş olması sizə necə təsir etdi?
- Ola bilsin, bizi ciddi rəqib kimi qəbul etmədilər. Ona görə də oyuna azsaylı azarkeş gəlmişdi. Lakin bizim üçün fərqi yox idi. Dolu və ya boş olmasından asılı olmayaraq, bu cür arenaya çıxıb özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirdik.
- Oyunu şərh edən Rusiyanın NTV kanalının aparıcısı sizin zərbə vurarkən qol olacağına qətiyyən inanmadığınızı qeyd edib. Həqiqətən də bu təsadüfən alındı?
- Zərbə vurduqdan sonra topu fərqli trayektoriya ilə uçduğunu gördüm və əmin oldum ki, qol olacaq. Çünki qapıçının onu qaytarması çox çətin idi. Həm də qapı istiqamətində zərbə endirməlisən ki, qol olsun. İnandığım üçün zərbə vurdum.
- Matçdan sonra italiyalı jurnalistlər meydanda olanlar arasında ən yüksək qiyməti sizə vermişdilər. Əməyinizin bu cür qiymətləndirilməsi nə dərəcədə gözlənilən idi?
- Xalqın gözü tərəzidir. Yəqin, belə düşünüblər.
- Sabah Premyer Liqa oyununa çıxacaqsınız. “Rəvan”la görüşdə birinci dövrədəki məğlubiyyətin əvəzini çıxa biləcəksinizmi?
- Çalışacağıq ki, bu dəfə qələbə qazanaq. Çünki artıq xal itirmək olmaz. Əlbəttə, “San-Siro”dakı ab-havadan çıxmaq çətin olacaq. Lakin toparlanmalıyıq. Bir neçə futbolçumuz zədəli olduğuna görə oynamayacaq.
- Bərpa prosesi çətin olmayacaq?
- Çətin olacaq, amma əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

0
0