PSJ-dən darmadağınlı qələbə
09.12.2012 - 01:54
PSJ-dən darmadağınlı qələbə
Fransa çempionatında 16-cı turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə 6 qarşılaşma reallaşıb.

Öz meydanında “Evyan”ı qəbul edən PSJ rəqibini darmadağın edib. “Monpelye” isə doğma azarkeşləri önündə “Ayaçço”nu 3 cavabsız topla üstələyib.

Digər görüşlərdə “Nansi” ilə “Valensiyen”, “Renn”lə “Brest”, “Soşo” ilə “Lill” və “Troyes”lə “Nitsa” xalları yarı bölüb.

Qeyd edək ki, 16-cı tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq.


Fransa, Liqa

16-cı tur


7 dekabr

“Tuluza” – “Bastiya” – 0:0

8 dekabr

PSG – “Evyan” 4:0
İbrahimoviç, 28, Lavezzi, 31, Motta, 84, Qameyro, 86

“Monpelye” – “Ayaçço” 3:0
Utaka, 29, Kabella, 33, Belhanda, 67

“Nansi” - “Valensiyen” 1:1
Lotyes, 31 – Haydara, 73

“Renn” – “Brest” 2:2
Feret, 63, Alessandrini, 69 – Losoimyer, 71, Benskop, 87

“Soşo” – “Lill” 1:1
Mikari, 65 – Rouks, 63

“Troyes” - “Nitsa” 1:1
Darbion, 31 – Kvitaniç, 90

9 dekabr

“Reyms” – “Bordo”
“Marsel” – “Loryan”
“Sent-Etyen” – “Lion”