Özkaranın komandasının səfər sınağı
09.12.2012 - 02:48
Milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəsspor” bu gün növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, forvardımızın komandası Türkiyə PTT Birinci Liqanın 15-ci turu çərçivəsində səfərdə “Karşıyaka” ilə münasibətinə aydınlıq gətirəcək.
14 görüşdən 27 xal toplayan Kayseri klubu rəqibindən ən azı bir xal ayrılmağı hədəfləyib. Çünki meydan sahibləri “Karşıyaka” 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Özkaranın komandası məğlub olacağı təqdirdə isə liderliyi əldən vermək təhlükəsi ilə üzləşə bilər.
Qeyd edək ki, Cihan Özkara son dövrlər komandasını heyətinə düşə bilmir.

0
0