Autsayderə məğlub oldu
09.12.2012 - 18:08
Autsayderə məğlub oldu
Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” bu gün Türkiyə PTT I Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Adana klubu səfərdə çempionatın autsayderlərindən olan “Tavşanlı Linyitspor”un qonağı olub.

Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Meydana 77-ci dəqiqədə çıxan Hüseynov komandasını məğlubiyyətdən xilas edə bilməyib. Xal itkisindən sonra “Adana Dəmirspor” 18 xalla 6-cı yeri tutur (15 oyun).