Fatih Terim: Kakaya bəli deyirəm
09.12.2012 - 04:55
Fatih Terim: Kakaya bəli deyirəm
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim braziliyalı futbolçu Kakanı komandasında görmək istədiyini jurnalistlərə rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”un təcrübəli çalışdırıcısı Türkiyə Superliqasının 15-ci turunda səfərdə “Sivasspor”la qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

Konfransda həmkarlarımızın ona transferlə bağlı ünvanlandırdığı suallara isə Terim belə cavab verib:

“Bu adlar mətbuatda necə çıxır bilmirəm. Prezident Ünal Aysal mənə Dieqo və Sneyderi almağımızı təklif etmişdir. Mən isə onlara xeyr dedim. Lakin Kakanı istədiyimi bildirdim. Mən bunlara yox deyib, Kakaya bəli deyirəm”

Qeyd edək ki, “Qalatasaray” səfərdə “Sivasspor”u 3:2 hesabı ilə məğlub edərək bir gündən sonr turnir cədvəlində liderliyi “Beşiktaş”dan təhvil alıb.