Yarımfinal matçının taleyi Cüneyt Çakıra tapşırıldı
09.12.2012 - 05:55
Yarımfinal matçının taleyi Cüneyt Çakıra tapşırıldı
FİFA tərəfindən Yaponiyada təşkil olunan klublararası dünya çempionatında bu gün keçiriləcək “Ulsan Hunday” - “Monterrey” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bunlar Avropa qitəsini təmsil edən türkiyəli hakimlər briqadasıdır. Matçın referisi Cüneyt Çakır və onun köməkçiləri Bahattin Duranla Tarık Ongün olacaq.

Qeyd edək ki, “Ulsan Hunday” - “Monterrey” qarşılaşması Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Bu oyunun qalibi yarımfinalda Cənubi Amerika çempionu “Korintians”a rəqib olacaq. “Hiroşima” – “Əl-Əhli”nin duelindən üzü ağ çıxan isə ötən mövsüm Çempionlar Liqasına sahib olan “Çelsi” ilə üz-üzə gələcək