Sneyder “İnter”də məşqə başladı
09.12.2012 - 06:55
Sneyder “İnter”də məşqə başladı
Avropa Liqasının H qrupunda “Neftçi”nin rəqibi olan “İnter”in baş məşqçisi Andrea Stramaççoni Uesli Sneyderlə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı İtaliya çempionatının 16-cı turunda evində “Napoli” ilə qarşılaşacaqları oyundan öncə mətbuat konfransında jurnalistlərin hollandiyalı yarımüdafiəçi ilə bağlı ünvanladığı suallara aydınlıq gətirib:

“Bu çətin qarşılaşmada Sneyder də bizimlə birgə olacaq. Zədəsi olduğu üçün bir müddət o, məşqlərdən kənarda qaldı. Lakin hollandiyalı futbolçu bu gün komanda yoldaşları ilə birgə məşq etdi. Hazırda onun vəziyyəti yaxşıdır”- deyə, Stramaççoni, bildirib.

Qeyd edək ki, "İnter" - "Napoli" qarşılaşması “Cüzeppe Meatsa” stadionunda bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.