Stok ilk “11-lik”dən çıxardıldı
09.12.2012 - 07:29
Stok ilk “11-lik”dən çıxardıldı
“Fənərbaxça”nın baş məşqçisi Aykut Qocaman Miroslav Stoku cəzalandırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı slovakiyalı futbolçunu bu gün evində Türkiyə Superliqasının 15-ci turunda qarşılaşacaqları “İstanbul BB”la oyunun ilk “11-lik”-ə daxil etməyib.

Buna səbəb isə Qocaman cümə axşamı keçirilən Avropa Liqasının C qrupunun sonuncu oyun günündə matçın 60-cı dəqiqəsində onu Dirk Kyutlə əvəzləyərkən, Stok həm hollandiyalıya həm də kənarda əyləşən komanda yoldaşlarına qarşı aqressiv olub.

Qeyd edək ki, “Şükrü Saracoğlu” stadionunda keçiriləcək “Fənərbaxça” – “İstanbul BB” matçı Bakı vaxtı ilə saat 21:00-də başlayacaq.