Kapitan etirafı: Zəif oynayıb uduzduq
09.12.2012 - 12:18
Kapitan etirafı: Zəif oynayıb uduzduq
Topaz Premyer Liqasının XVI turunda “Qarabağ”a məğlubiyyət “Kəpəz”in kapitanı Azər Məmmədova pis təsir edib. Apasport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi klubunun rəsmi saytına qısa açıqlamasında bunu açıq-aşkar büruzə verib: “Məncə, çox danışmağa ehtiyac yoxdu. Hamı oyunu izlədi. Rəqib bizdən güclü idi və qələbə qazandı. Özümüzə gəlincə, zəif oynayıb uduzduq”.

Qeyd edək ki, “Kəpəz” “Qarabağ”a 1:3 hesabı ilə uduzub.