Branimir Subaşiç üçün Zaqatalada yubiley
09.12.2012 - 16:02
Branimir Subaşiç üçün Zaqatalada yubiley
Topaz Premyer Liqasının XVI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiç üçün əlamətdar olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının milliləşən hücumçusu komandanın heyətində yubiley – 50-ci matçını keçirəcək.

Yubiley matçına Zaqatalada çıxacaq Branimir indiyədək 49 matçın iştirakçısı olub. O, 41 çempionat, 4 kubok və 4 avrokubok matçında çıxış edib. Bu qarşılaşmalarda 14 dəfə fərqlənən Subaşiç çempionatda 9, avrokuboklarda 3, kubokda 2 dəfə rəqib qapısına yol tapıb. Bu müddətdə hücumçu cəmi 2 dəfə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, Subaşiç 2011/12 mövsümündə “Xəzər Lənkəran”da debüt edib. Onun ilk matçı 2011-ci il avqustun 20-də “Turan”la ev oyunu olub. Start heyətində meydana çıxan əslən serb futbolçu 3:1 hesabı ilə başa çatan qarşılaşmada 86 dəqiqə meydanda olmuşdu və elə bu oyundaca dublunu rəsmiləşdirə bilmişdi.

Mövsüm Turnir Oyun Dəq Qol Penalti S.Vər Q.Vər.
2011/12 çempionat 27 1983 6 2/2 0 0
2011/12 kubok 3 189 1 0 0 0
2012/13 Avroliqa 4 358 3 0 1 0
2012/13 çempionat 14 1197 3 1/1 1 0
2012/13 kubok 1 120 1 1/1 0 0
2 mövsüm 3 turnir 49 3847 14 4/4 2 0