“Müdafiədən oynayacağımızı düşünürdülər”
09.12.2012 - 17:40
“Müdafiədən oynayacağımızı düşünürdülər”
“Maraqlı oyun oldu, hər iki komandanın futbolçuları qalib gəlmək üçün əlindən gələni etdi”. Apasport.az saytının məlumatına görə, bunu AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Topaz Premyer Liqasının XVI turunda AZAL “İnter”in qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən paytaxt derbisi qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Sadıqovun bildirib ki, nəticə oyuna görədir: “Bəlkə də, çox adam bizim müdafiədən oynayacağımızı düşünürdü. Lakin futbolçularıma pressinq tətbiq etməyi tapşırmışdım. Fikrimcə, nəticə oyuna görədir”.