Kaxaber Sxadadze: Onlar oyunun gedişini dəyişə bilmədilər
09.12.2012 - 17:43
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının XVI turunda AZAL-la oyun (0:0) barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis futbolçularından razı qalmayıb.
O bildirib ki, növbəti oyunlarda səhvləri düzəltməyə çalışacaqlar: “Çox gərgin oyun oldu, ilk hissədə üstünlük tərəfimizdə idi. İkinci hissədə isə çoxlu səhvlərimiz oldu. AZAL əks-hücumlarda əla oynadı və bir neçə qol imkanı əldə etdi. Əvəzetmədən meydana daxil olan futbolçular oyunun gedişini dəyişə bilmədilər. Hücumda öz oyunumuzu yaxşılaşdırmalıyıq, səhvlərimiz üzərində çalışacağıq”.

0
0