Yarımfinalçılar müəyyənləşdi
10.12.2012 - 10:30
Yaponiyada keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra son yarımfinal cütləri müəyyənləşib.
Cənubi Koreyanın “Ulsan Hyunday” klubu ilə görüşən Meksika təmsilçisi “Monterrey” 3:1 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib. Şimali amerikalılar bu mərhələdə ilkin oyunlardan azad olan İngiltərə “Çelsi”si ilə görüşəcək.
Digər yarımfinalda isə Braziliyanın “Korintians” və Misirin “Əl Əhli” klubları üz-üzə gələcək. Cənubi amerikalılar bu mərhələyə birbaşa vəsiqə əldə edibsə, afrikalılar Yaponiya çempionu “Sanfreççe Hiroşima” ilə görüşüb. Misirlilər ¼ final matçında 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinal oyunları dekabrın 12-13-də keçiriləcək. Əvvəl “Korintinas”la “Əl Əhli”, ertəsi gün “Çelsi” ilə “Monterrey” qarşılaşacaq.

0
0