“Qarabağ”ın gələcəklə bağlı böyük iddiaları var”
10.12.2012 - 11:42
“Qarabağ”ın gələcəklə bağlı böyük iddiaları var”
“Qarabağ”da çalışdığım üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov deyib.

Bolqarıstanlı mütəxəssis balkanlı həmkarlarımıza verdiyi açıqlamada Ağdam klubunda çalışmasından razı qaldığını bildirib: “Bu klub Azərbaycan futbolunda dominantlıq edən komandalardan biridir. Çoxsaylı azarkeşləri var. Bundan başqa “Qarabağ”ın gələcəklə bağlı böyük iddiaları var”.

Qeyd edək ki, Çakarov 2010-cu ilin mayından “Qarabağ”da çalışır.