Ufuk Budak Əskişəhəri tərk etdi
10.12.2012 - 12:05
Milli komandamızın müdafiəçisi Ufuk Budakın klub karyerasının çətin günləri davam etməkdədir. Apasport.az saytının məlumatına görə, zədəsinə görə “Əskişəhərspor”da heyətdən kənar qalan futbolçu dekabrın 12-də Türkiyə kubokunun “Karabükspor”la oyununda da meydanda olmayacaq.
Belə ki, Ufuk Budak həkim nəzarəti üçün Əskişəhəri tərk edib. O, müayinə üçün İstanbuldadır.
Belə ki, Ufuk Budak həkim nəzarəti üçün Əskişəhəri tərk edib. O, müayinə üçün İstanbuldadır.
0
0