İstirahət bitdi
10.12.2012 - 12:14
İstirahət bitdi
Ağdamın “Qarabağ” klubu Topaz Premyer Liqasının XVII turuna hazırlıqlarını başlayır. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinə verdiyi 2 günlük istirahətdən sonra komanda bir araya gələcək. Ağdamlılar “Bakı” ilə matın hazırlıqlarına bu gün start verəcək. Baş tutacaq yeganə məşq Suraxanı qəsəbə stadionunda keçiriləcək.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu dekabrın 15-də baş tutacaq.