Millimizdən növbəti qələbə - FOTOSESSİYA
10.12.2012 - 12:33
Millimizdən növbəti qələbə - FOTOSESSİYA
Futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında futzal üzrə Azərbaycan A və B yığmaları arasında növbəti yoldaşlıq oyunu baş tutub. Qarşılaşma 2:0 hesabı ilə A milli komandanın xeyrinə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında dekabrın 7-də keçirilmiş qarşılaşma da A millinin 7:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Mənbə: affa.az