Əmrah Çəlikəl: Yoxlama oyunlarının sayına baş məşqçimiz qərar verəcək
10.12.2012 - 15:46
“Hər il olduğu kimi, bu il də ölkə xaricində təlim-məşq toplanışı keçəcəyik. Yenə Antalyanın Bələk bölgəsində qış fasiləsi hazırlıqlarımız olacaq. Toplanışımız yanvarın 10-da başlayacaq, fevralın əvvəllərində başa çatacaq. Böyük ehtimalla, fevralın 1-də toplanışı yekunlaşdıracağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.
Hazırda lider “İnter”lə turnir cədvəlində eyni xalı paylaşan “Qarabağ”ın təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Çəlikəl komandanın qalacağı otelin bilindiyini desə də, neçə yoxlama oyunu keçirəcəklərini deməkdə çətinlik çəkdi: “Həmişəki kimi, komanda toplanış müddətində Bələkdəki “İC Santai” otelində məskunlaşacaq. Ancaq Türkiyədə keçirəcəyimiz yoxlama oyunlarının sayı haqda indidən dəqiq nəsə demək mümkün deyil. Baş məşqçimiz Qurban Qurbanov qərar verdikdən sonra buna aydınlıq gələcək. O, komandanın neçə yoxlama oyunu keçirməyini məqbul bilsə, o qədər sayda da rəqib tapmağa çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” Bakıya qayıtdıqdan sonra ilk sınağını səfərdə “Qəbələ”yə qarşı keçirəcək. Bu oyun fevralın 10-da baş tutacaq. Maraqlıdır ki, 2 mövsüm əvvəl də “Qarabağ” Türkiyədən qayıtdıqdan sonra Toni Adamslı “Qəbələ” ilə qarşılaşmışdı. Ancaq ağdamlıların 3:0 hesabı ilə qalib gəldiyi oyun Qəbələdə yox, Suraxanıda keçirilmişdi.
SƏBUHİ TOFİQOĞLU

0
0