“Neftçi”yə yeni təklif
10.12.2012 - 16:08
MDB-nin ən güclü klublarının vahid turnirdə iştirakı ilə bağlı yeni ideya ortaya atılıb. Apasport.az saytının məlumatına görə, “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerin vahid çempionat təşkil etmək ideyası başqa yeni mövzulara da səbəb olub.
Belə ki, ideyanın müzakirələrinə qoşulan çoxsaylı şəxslərdən olan veteran futbolçu Mixail Qerşkoviç fərqli ideya ilə çıxış edib. Onun fikrincə MDB çempionatının təşkili üçün xeyli vaxt lazımdır. Bu müddəti boşa verməmək üçün isə MDB kuboku keçirilməlidir. Bu yarışı çempionat üçün körpü adlandıran Qerşkoviç yarışın formatını da müəyyənləşdirib. “Bu yarışda 32 ən güclü komanda çıxış edəcək. Bildiyiniz kimi ən güclülər öz milli kuboklarında ilkin mərhələdən azad olurlar. Elə həmin vaxt MDB kubokunda 1/16 final keçirilər. Burada uduzanlar öz ölkəsinin kubokuna, qaliblər növbəti mərhələyə yollanır. Növbəti mərhələlərdə də eyni prinsip qalır. Çempionlar Liqasından Avropa Liqasına olduğu kimi bu kubok yarışlarında da uduzan digər turnirə keçir. Kubokun sahibi Çempionlar Liqasına, yarımfinalda oynamış digər 3 komanda Avropa Liqasına vəsiqə qazanır”.

0
0