“MDB çempionatı sayıqlamadır”
10.12.2012 - 17:50
“MDB çempionatı sayıqlamadır”
“MDB çempionatı sayıqlamadır. İdeya gözəldir, amma gerçəkləşdiriləsi deyil”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Spartak” (Moskva) klubunun sabiq prezidenti Andrey Çerviçenko deyib.

O, MDB ölkələrinin ən güclü klublarının vahid çempionatda oynaması ideyasına münasibət bildirib. Çerviçenko bunun mümkünsüz olduğunu düşünür: “Brlə ideyalar başqa sahələrdə də mövcud olub. Bu utopiyadır. Əvvəl utopik sosializm, utopik kommunizm olub. Bu isə futbol utopiyasıdır”.