Nizami Hacıyev: Polşada oyunumu bəyəniblər
10.12.2012 - 18:03
Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun futbolçusu Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- “İnter” – AZAL matçını izlədiniz. Oyun kənardan necə görünürdü?
- Kənardan hər şey asan görünür. Amma işə başlayanda çətinlikləri hiss edirsən. Çox çətin oyun oldu. AZAL-a qarşı özüm də çox oyunlar keçirmişəm. Onların nəyə qadir olduqlarını bilirəm. Həqiqətən də çox çətin idi.
- Bir xalı kim qazandı, iki xalı hansı komanda itirdi?
- Fikrimcə, bir xalı AZAL qazandı. “İnter” isə bu qarşılaşmada iki xal itirdi. Ümumi götürdükdə, hardasa bərabər səviyyəli oyun oldu. Həm AZAL-ın, həm də bizim qol vurmaq üçün şansımız oldu. Sadəcə istifadə edə bilmədik.
- Bəs oynamamağınız nə ilə bağlı idi?
- Bir neçə gün əvvəl ölkə xaricinə yollanmışdım. Bakıya oyundan bir gün əvvəl dönmüşdüm. Komanda ilə cəmi 1-2 məşq keçmişdim. Yəqin buna görə baş məşqçi mənə etimad göstərmədi.
- Polşanın “Poqon” klubunda baxışda oldunuz. Təəssüratlarınız necədir?
- Beş gün həmin komandanın düşərgəsində oldum. Test verdim. Eyni zamanda yoldaşlıq oyununda da iştirak etdim, üstəlik, qol da vurdum. Baş məşqçi çıxışımdan razı qaldı. Məşq prosesində onunla ünsiyyətdə olurdum, tapşırıqlar alırdım.
- Yekun qərar nə vaxt veriləcək?
- Qarşıdakı yaxın günlərdə məsələ həllini tapmalıdır. Artıq biz şərtlərimizi qarşı tərəfə göndərmişik. Onlar bununla razılaşsalar, anlaşma baş tutacaq. Yenə deyirəm, “İnter”dən ayrılıb-ayrılmamağıma 4-5 gün ərzində aydınlıq gətiriləcək.
- “İnter”lə müqaviləniz vaxt başa çatacaq?
- Hələ qarşıdakı 6 ayda da bu komandanın formasını geyinməliyəm.
- “Poqon” sizinlə ortaq məxrəcə gəlməlidir, yoxsa klubla?
- Danışıqlar klub səviyyəsində aparılır. Onlar “İnter”lə ortaq məxrəcə gəlməlidirlər. Biz öz aramızda razılaşmışıq. Orda olan vaxt mənim fikrimi öyrəndilər, razılığımı verdim. Qalıb klub rəhbərliyi səviyyəsində anlaşmaq.
- Polşa klubu sizdə hansı təəssüratlar yaratdı?
- Baş məşqçiləri oyunumu görmüşdü və bəyənmişdi. Klubun düşərgəsinə dəvət etdilər. Şəraiti də yaxşıdır. Ən əsası Avropa klubudur. Gələcəkdə daha iddialı klublara yollanmaq olar.
- Aydın məsələdir ki, maliyyə baxımından “Poqon” heç də “İnter”dən imkanlı deyil. Bu həlledici amil ola bilərmi?
- Bəli, maliyyəsi aşağıdır. Amma neyləyək, əgər Avropada futbol oynamaq istəyirsənsə, gərək pul haqda düşünməyəsən. Futbolçu kimi inkişaf etmək istəyirsənsə, mütləq ora getməlisən.
- Necə düşünürsünüz, “İnter” sizin keçidinizdə problem yaratmayacaq?
- İnanmıram ki, hazırkı klubum keçidimdə hansısa problem yaratsın. Əksinə, “İnter” rəhbərliyi Polşaya gedişimə dəstək verir. Onlar da yerli futbolçuların xarici klublara üz tutmasını alqışlayırlar. Ona görə də hansısa problemin yaranacağına inanmıram.
- Bəs nə vaxt müqavilə imzalamağı düşünürsünüz?
- Problem çıxmasa, qış fasiləsinə qədər ortaq məxrəcə gələcəyik. Bu tez də ola bilər. Lap 2-3 gün ərzində də hər şey həll ola bilər.
- Şərtlər barədə nə deyə bilərsiniz?
- Şərtlər haqda danışmaq istəmirəm. Biz öz şərtlərimizi qarşı tərəfə göndərmişik. İnşallah, hər şey həll olunduqdan sonra bunu biləcəksiniz. Qarşı tərəfdən müsbət cavab ala bilsək, dekabrın sonuna qədər yenidən “Poqon”a yollanacam. Menecerin sözlərinə görə, oyunumu bəyəniblər. Yığmada oynamağımın da üstünlüyü var. Çünki onlar həm də millinin üzvü olduğuma görə bu transferi reallaşdırmaqda maraqlıdır.
- Ora gedişində kim yardımçı oldu?
- “Poqon”un düşərgəsinə yollanmağımda polşalı menecer Daniel Reber yardımçı oldu.

0
0