Artıq Avroliqa macərası başa çatıb, hədəf Premyer Liqadır
10.12.2012 - 21:18
Artıq Avroliqa macərası başa çatıb, hədəf Premyer Liqadır
“Futbol elmdir. Əgər bu prosesdə 5-6 proseduradan keçirsənsə, bu, artıq oyun deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Rəvan"la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib.

Təcrübəli çalışdırıcı rəqiblərinin elədə güclü oynamadığını açıqlayıb:

“Elə rəqib var ki, asandır, elə rəqib də var ki, münasib deyil. “Rəvan” belə komandalardandır. Artıq Avroliqa macərası başa çatıb, hədəf Premyer Liqadır. Dekabrın sonuna kimi bütün oyunlarımızı qələbə ilə bitirmək istəyirik. “Rəvan” bu gün nə oynadı ki, nə də qələbə qazansın”.

Mənbə: pfl.az