Kuareşma “Portu”ya keçir?
10.12.2012 - 22:22
Kuareşma “Portu”ya keçir?
“Beşiktaş”ın portuqaliyalı yarımmüdafiəçisi Rikardo Kuareşmanın yeni komandası müəyyənləşib. Apasport.az saytının Türkiyənin NTV Spor televiziyasına istinadən verdiyi məlumatına görə, 2004-2008-ci illərdə “Portu”da çıxış edən futbolçu yenidən bu klubla anlaşıb.

Həmçinin xəbərdə Kuareşma “qara-qartallar”dan ilin sonuna qədər alacağı məvacibin əvəzinə sərbəst qalaraq Portuqaliya klubuna keçdiyi bildirilir.

Qeyd edək ki, Rikardonun “Portu” ilə müqavilə bağlaması məlumatını isə “Beşiktaş” rəhbərliyi təkzib edib.