Özkara meydana çıxmadı, komandası qələbə qazandı
10.12.2012 - 23:14
Özkara meydana çıxmadı, komandası qələbə qazandı
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəspor” bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyə PTT 1-ci liqasın 15-ci turunda səfərdə “Karşıyaka” ilə qarşılaşan təmsilçimizin komandası rəqibini 2:4 hesabı ilə məğlub edib.

Sərdar Eylik və Əmrah Bozkurtun dubl etdiyi oyunda yığmamızın forvardı ilk “18-lik”də yer almışdır. Təəssüf ki, bu oyunda Özkaraya meydana çıxmaq şansı verilməyib.

Bununla da xalını 30 yüksəldən “Ərciyəspor” turnir cədvəlində vahid liderliyini davam etdirir.

Qeyd edək ki, bu qarşılaşma dünən keçirilməli idi. Lakin güclü yağış səbəbindən matç baş tutmayıb.