Falkaonun qiyməti açıqlandı
11.12.2012 - 00:16
Madrid təmsilçisi “Atletiko”nun prezidenti Enrike Kerezo Radamel Falkaonun transfer qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, kolumbiyalı forvardı komandasında görmək istəyən hər bir şəxs 60 milyon avrosundan keçməlidir.
“Hazırda dünyanın ən yaxşı “9 nömrə”si Falkaodur. Onun qarşıda oynayacaq çox illəri var. İlk dəfə 5 qol vuran bir futbolçu gördüm. Kristian Vyeri və Milinko Patiç daha əvvəl 4 qola imza atmışdır. Amma 5-ə çatdıra bilməmişdilər. Əgər kiminsə 60 milyon avrosu varsa, onda Radameli ala bilər. Sizin buna imkanınız çatırmı? Lakin mənim bu qədər pulum yoxdur” - deyə, Kerezo, bildirib.
Qeyd edək ki, “Atletiko” İspaniya La Liqasının 15-ci turunda evində “Deportivo”nu 6:0 hesabı ilə məğlub edib. Bu toplardan 5-nə isə Radamel Falkao imza atıb.

0
0