Türkiyə PTT 1-ci liqasında ilk dəfə
11.12.2012 - 00:56
Türkiyə PTT 1-ci liqasında ilk dəfə
“Karşıyaka” klubunun oyunçusu Dalmat Türkiyə PTT 1-ci liqasında ən tez qol vuran futbolçu kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, bu hakimin start fitindən 11 saniyə sonra baş verib.

Belə ki, milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəspor”la qarşılaşmada fransalı futbolçu matçın 11-ci saniyəsində hesabı açıb. Bu qoldan sonra Dalmat Türkiyə PTT 1-ci liqası tarixinə adını yazdırıb.

Qeyd edək ki, Türkiyə Superliqasında ən tez qol vuran futbolçu 2008-2009 mövsümündə “Dənizlispor”da forma geyinən trinidad və tobaqolı oyunçu Darrıl Roberts olub. Onun “Əskişəhərspor”un qapısından keçirdiyi top isə matçın 12-ci dəqiqəsində baş vermişdir.