Melo Braziliyada unudulmadı
11.12.2012 - 03:49
“Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melo Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçusunu müəyyənləşdirən “Samba” mükafatının namizətlər siyahısına daxil edilib. Apasport.az saytının məlumatına görə, Braziliyada Sambafoot.com tərəfindən bu il 5-ci dəfə təşkil ediləcək səs vermə üçün 30 oyunçunun adı açıqlanıb.
Mükafatın qalibini isə münsiflər heyəti olan Kafu, Rai, Karlos Alberto Torress və digər Braziliya milli komandasında çıxış etmiş 11 futbolçu, həmçinin 11 jurnalistin verdiyi səslər müəyyənləşdirəcək.
Melonun rəqibləri arasında ötən mövsüm bu mükafata sahib olan Tiaqo Silva, 2010-cu ilin qalibi “Potu”nun futbolçusu Maykon əsas namizətlərdən biridir.
Qeyd edək ki, siyahıda İspaniyada 7, Ukraynada 6, İngiltərə ilə Portuqaliyada 4, Fransa ilə Almaniyada 3, Türkiyə, İtaliya və Rusiyada çıxış edən hərəyə 1 oyunçu yer alıb.

0
0