“Türkiyənin ən yaxşı hücumçusu Semihdir”
11.12.2012 - 04:31
“Fənərbaxça”dan ayrıldıqdan sonra vətəninə qayıdıb və burada “Koritiba” ilə müqavilə bağlayan Aleks De Souza, “Tvitter” sosial şəbəkəsində türkiyəli azarkeşlərinin ona ünvanladığı suallara maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “sanbaçı” “Türkiyədə ən yaxşı hücumçu kimdir”? sualına “məncə ən yaxşı forvard Semihdir” cavabını verib.
Qeyd edək ki, Aleks De Souza İstanbul klubunda 8 il çıxış edib. Bu illər ərzində o, 340 oyunda forma geyinib və 172 qola imza atıb.
Qeyd edək ki, Aleks De Souza İstanbul klubunda 8 il çıxış edib. Bu illər ərzində o, 340 oyunda forma geyinib və 172 qola imza atıb.
0
0