Herd Müller: “O, çox böyük və inanılmaz bir oyunçudur”
11.12.2012 - 05:19
“Mənim 40 ildir davam edən rekordumu, indi dünyanın ən yaxşı futbolçusu qırdı. Messinin bu uğuruna çox sevinirəm. O, çox böyük və inanılmaz bir oyunçudur. Argentinalı ulduz öz işində ciddidir və əsl peşəkar olaraq qalır. Mən əminəm ki, Lionel bu il daha bir neçə qol vuracaq və bu rekordu ən azı 40 il qırmaq əl çatmaz olacaq. Onun tək çatışmayan cəhəti isə odur ki, “Bavariya”da çıxış etmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 1972-ci ildə “Bavariya” və Almaniya Federativ Respublikası yığmasının tərkibində 85 qol vurmuş Herd Müller deyib.
Qeyd edək ki, ötən gün İspaniya La Liqasının 15-ci turunda “Betis”ə qarşı keçirilən matçda iki qola imza atan Lionel Messi isə 2012-ci ildə Argentina millisi və “Barselona”da vurduğu qolların sayını 86-ya çatdırıb.

0
0