Marsel Şmelserin qırmızı vərəqəsi ləğv edildi
11.12.2012 - 07:52
Marsel Şmelserin qırmızı vərəqəsi ləğv edildi
Dortmund “Borusiya”sının müdafiəçisi Marsel Şmelser əfv edilib. Apasport.az saytının məlumatına görə, o, Almaniya Bundesliqasının 17-ci turunda səfərdə “Hoffenhaym”ıla qarşılaşmada komandasına kömək edə biləcək.

Belə ki, Almaniya futbol ittifaqı futbolçunun “Volfsburq”la matçda aldığı qırmızı vərəqəni ləğv edib. Çünki oyundan sonra baş hakim Volfqanq Ştark səhvini başa düşərək düz etmədiyini etiraf edib.

Qeyd edək ki, Dortmund “Borusiya”sı Almaniya Bundesliqasının 16-ci turunda “Volfsburq”a 2:3 hesabı ilə uduzmuşdur.