Yenə “Neftçi”
11.12.2012 - 11:32
MDB çempionatının iştirakçıları ilə bağlı yeni variant açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerin vahid turnir təşkil etməklə bağlı ideya ilə çıxış etməsindən sonra mövzu geniş müzakirələrə səbəb olub. Rusiya mətbuatı mümkün çempionatla bağlı müxtəlif variantlar da ortaya qoymaqda davam edir.
Bir müddət əvvəl güclülər dəstəsində 20, birinci dəstədə 22 komandanın qatılması ilə bağlı variant müzakirə olunurdu. Həmin ehtimalla Azərbaycan çempionu “Neftçi” yüksək, digər təmsilçimiz “İnter” aşağı dəstədə çıxış edəcəkdi. Bu dəfə isə şimallılar 18 komandalı güclülər dəstəsi ideyasını ortaya atıb.
Yenə də ən yaxşılar arasında Azərbaycan təmsilçisi kimi “Neftçi” göstərilib. Bu variantda Moldova, Qazaxıstan və Ermənistan klubları siyahıdan kənar qalıb. Rusiya və Ukrayna klublarının çoxluq təşkil etdiyi yarışda Belarus və Azərbaycan hərəyə 1 komanda ilə təmsil olunub. Ukraynalılar isə Rusiyanı da arxada qoyub – müvafiq olaraq 9 və 7 klub: “Şaxtyor” (Ukrayna), MOIK (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Zenit” (Rusiya), “Metallist” (Ukrayna), “Rubin” (Rusiya), “Spartak” (Rusiya), “Dnepr” (Ukrayna), “Anji” (Rusiya), BATE (Belarus), “Neftçi” (Azərbaycan), “Kuban” (Rusiya), “Dinamo” (Moskva, Rusiya), “Çernomorets” (Ukrayna), “Karpatı” (Ukrayna), “Metallurq” (Ukrayna), “Vorskla” (Ukrayna), “Volın” (Ukrayna).

0
0