AFFA Alispahiçi cəzalandırdı
11.12.2012 - 14:10
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVI turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
“Sumqayıt” – “Qəbələ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov oyunun 612-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 200 manat ziyana salıb.
“Simurq” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə ödəyəcək. Oyunun 48-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov 1 oyunluq cəzalanıb və cənubluları 200 manat xərcə salıb. Matçın 67-ci dəqiqəsində “Simurq” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ödəməlidir.
“Neftçi” ilə matçın 76-cı dəqiqəsində “Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiç texniki zonana qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bunun üçün o, 1 oyunluq cəzalanıb və klub 1000 manat cərimə olunub. Matçdan sonra keçirilən mətbuat konfransında Alispahiç hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün “Rəvan” daha 2000 manat cərimələnib.
Mənbə: pfl.az

0
0