Səlahət Ağayev komandasına qoşuldu
11.12.2012 - 17:42
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün “Bayıl Arena”da növbəti məşqinə çıxan Bernhard Raabın komandasında 2 zədəli futbolçu yer alır.
Belə ki, Murad Ağayevlə Uğur Pamuk fərdi məşqlərlə kifayətlənib. Səlahət Ağayev, Aftandil Hacıyev və Bəxtiyar Həsənəlizadə isə artıq zədələrini sağaldaraq komandaya qoşulub. Hər üç futbolçunun "Rəvan"la oyuna qədər tam hazır olacaqları bildirilir.
Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” oyunu dekabrın 16-da keçiriləcək.

0
0