“Kəpəz” “İnter”lə oyunun hazırlıqlarına başladı
11.12.2012 - 18:13
“Qarabağ”la oyundan sonra istirahətə buraxılan “Kəpəz” dünəndən məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, komanda qarşıdakı turda Gəncədə qarşılaşacağı “İnter”lə görüşə hazırlaşır.
Bazar ertəsi reallaşan ilk məşq prosesi saat 15:00-da başlayıb və saatyarım davam edib. Məşqdə bütün futbolçular iştirak edib. Bu günə təyin olunan hazırlıq prosesi isə saat 12:00-da start götürüb. Məşqlər Gəncə şəhər stadionunun əsas meydançasında keçirilir.
Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu dekabrın 15-də baş tutacaq.

0
0