“Zədələnməyi hec bir futbolçu istəməz”
11.12.2012 - 18:16
“Zədələnməyi hec bir futbolçu istəməz”
“Hazırda özümü yaxşı hiss edirəm. Hər gün məşqə çıxıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Pərvin Paşayev deyib.

Uzun müddət yaşıl meydanlardan kənar qalan futbolçu ötən həftədən məşqlərə başlayıb. Sağ diz oynağındakı meniskdən əməliyyat olunan yarımmüdafiəçı artıq yüngül formada məşqlər edir.

Paşayev klubunun rəsmi saytına zədəsi və məşqlərə başlaması haqda açıqlama verərək bunları deyib: “Zədələnməyi hec bir futbolçu istəməz. Amma hərdən bundan qaçmaq olmur. Tezliklə tam formaya düşüb, komandama meydanda kömək etmək istəyirəm”.