“Mourinyo həqiqətən də möhtəşəm insandır”
11.12.2012 - 22:31
"O, bu günə qədər həyatımda tanıdığım məşqçilər arasında ən yaxşı mütəxəssisdir. O, həqiqətən də möhtəşəm insandır. İtaliya "İnter"ində çıxış etdiyim bir il ərzində bütün titullara sahib olduq. Daha sonra isə yollarımız ayrıldı. Təbii ki, bu ayrılıq mənə çox təsir etdi. Lakin mən hazırda Mahaçqala klubunda çox xoşbəxtəm və qol vurmağa davam edirəm". Apasport.az saytının məlumatına görə, bu sözləri "Anji"də forma geyinən Samuel Eto’o sabiq baş məşqçisi Joze Mourinyo haqda deyib.
Qeyd edək ki, Eto’o 2009-2010 mövsümündə "İnter"də Mourinyonun rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, Eto’o 2009-2010 mövsümündə "İnter"də Mourinyonun rəhbərliyi altında çıxış edib.
0
0