Nani "Arsenal"a keçə bilər
11.12.2012 - 23:33
Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Luiş Nani komandasını daha bir ingilis klubuna dəyişə bilər. Apasport.az saytının məlumatına görə, futbolçu ilə London "Arsenal"ı yaxından maraqlanır.
“Qırmızı şeytanlar”ın əsas heyətinə düşməkdə çətinlik çəkən 25 yaşlı oyunçu da Mançester təmsilçini tərk etməyini planlaşdırır. Qış transfer pəncərəsinin açılmasından sonra heyətini gücləndirmək istəyən “topçular”ın fransalı çalışdırıcısı Arsen Venger də, bundan istifadə edərək Nanini komandasında görmək üçün ona təklif göndərməyə hazırlaşır.
Əgər hər iki tərəfin razılığı baş tutarsa, onda Luiş mövsümün ikinci yarısından etibarən "Arsenal"ın formasını geyinəcək.
Qeyd edək ki, Nani 2007-ci ildən "Mançester Yunayted"də çıxış edir. O bu illər ərzində 131 oyunda meydana çıxıb və 25 qola imza atıb.

0
0