“O bir futbol tanrısıdır”
12.12.2012 - 02:10
“O bir futbol tanrısıdır”
“Anji”in ən bahalı futbolçularından olan Samuel Eto’o bir ildə ən çox qol vuran oyunçu ünvanını qazanan Lionel Messini tərifləyib. Apasport.az saytının məlumatına görə, argentinalı ulduzun sabiq komanda yoldaşı olan kamerunlu hücumçu onu “futbol tanrısı” adlandırıb:

“Lionel həm insan həm də futbolçu olaraq bir tanrıdır. Mən əminəm ki, o, Argentina milli komandası ilə dünya kubokunu qazanacaq. Onun nə qədər yaxşı insan olduğunu mən bilirəm. Messiyə gələcək işində uğurlar arzulayıram”.

Qeyd edək ki, Samuel Eto’o 2004-ci ildən 2009-cu ilə qədər “Barselona”nın şərəfini qoruyub. O, forma geydiyi 145 matçda 108 qola imza atıb.