“Sanderlend” 3 xalı 3 qolla əldə etdi
12.12.2012 - 02:57
“Sanderlend” 3 xalı 3 qolla əldə etdi
İngiltərə Premyer Liqasında təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Sanderlend”lə “Ridinq” üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib.

Bununla da rəqibini 3:0 hesabı ilə məğlub edən “Sanderlend” xalını 16-ya çıxararaq turnir cədvəlində 15-ci pilləyə yüksəlib.


İngiltərə Premyer Liqası

2-ci turun oyunu

11 dekabr

“Sanderlend” – “Ridinq” – 3:0
Maklin, 3, Fletçer, 28, Sesseqnon, 90