“Roma” növbəti mərhələdə
12.12.2012 - 03:55
“Roma” növbəti mərhələdə
İtaliya kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma reallaşıb.

Doğma publika önündə "Atalanta"nı qəbul edən "Roma" rəqibini top atəşinə tutub – 3:0.

Bununla da rəqibini böyük hesabla məğlub edən "canavarlar" növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, kubokun 1/8 final mərhələsinin oyunlarına dekabrın 19-da yekun vurulacaq.

İtaliya kubokunda

1/8 final

11 dekabr

"Roma" - "Atalanta"- 3:0
Pyaniç, 22, Osvaldo, 31, Destro, 51

12 dekabr

"Parma" - "Kataniya"
"Yuventus" - Kalyari"

13 dekabr

"Milan" - "Reggina"

18 dekabr

"İnter" – "Verona"

19 dekabr

"Latsio" - "Siena"
"Napoli" – "Boloniya"
"Udineze" – "Fiorentina"