“Arsenal” şokda
12.12.2012 - 04:00
“Arsenal” şokda
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bir matçdan ibarət bu mərhələnin ilk oyun günündə iki qarşılaşma reallaşıb.

Səfərdə aşağı liqa təmsilçisi “Bredford”la üz-üzə gələn “Arsenal” rəqibinə məğlub olub və kubokla erkən vidalaşıb.

Matçın əsas vaxtında hərəyə bir dəfə fərqlənən tərəflər əlavə 30 dəqiqəyə də ehtiyac duyublar. Lakin burada komandalar qapılara qol vura bilməyib. Bunun üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıblar.

“Norviç”in qonağı olan Aston Villa” isə böyük hesablı qələbəyə sevinib.


İngiltərə Liqa Kuboku

1/4 final

11 dekabr

“Bredford” – “Arsenal” – 1:1 (pen 3:2)
Tompson, 16 – Vermalen, 87

“Norviç” – “Aston Villa” – 1:4
Morison, 19 - Holman, 21, Veymann, 79, 85, Benteke, 90

12 dekabr

“Suonsi” – “Midlsbro”

19 dekabr

“Lids” – “Çelsi