“Yarasalar” səfərdə sevindi
12.12.2012 - 04:15
“Yarasalar” səfərdə sevindi
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, birinci matç günündə bir qarşılaşma baş tutub.

Səfərdə "Osasuna"nın qonağı olan "Valensiya" rəqibini məğlub etməyi bacarıb. İlk hissədə fərqlənə bilməyən "yarasalar" ikinci yarıda meydan sahiblərinin qapısından 2 top keçirib.

Qeyd edək ki, kubokun 1/8 final mərhələsinin qalan görüşləri bu axşam və sabah keçiriləcək.

İspaniya Kral Kuboku

1/8 final (ilk oyunlar)

11 dekabr

"Osasuna" – "Valensiya" - 0:2
Parejo, 47, Soldado, 90

12 dekabr

"Malyorka" - "Sevilya"
"Kordoba" - "Barselona"
"Atletik" - "Eibar"
"Selta Viqo" - "Real"
"Atletiko" - "Qetafe"

13 dekabr

"Levante" - "Saraqoza"
"Las Palmas" - "Betis"