“Turan”da üç itki
12.12.2012 - 04:48
“Turan” Topaz Premyer Liqasının XVII turunda AZAL-la oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, Əfqan Talıbov bu qarşılaşmada üç futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Marius Kazlasuskas cəzalı, Nuqzar Kvrtiya isə zədəli olduğu üçün komandasının oyununu kənardan izləmək məcburiyyətində qalacaq.
AZAL-dan icarəyə götürülən Ruslan Zubkov isə müqavilənin şərtlərinə əsasən sabiq klubuna qarşı forma geyinməyəcək.
Qeyd edək ki, AZAL - “Turan” matçı dekabrn 15-də baş tutacaq.

0
0