“Lill” evdə, PSJ səfərdə qazandı
12.12.2012 - 05:33
“Lill” evdə, PSJ səfərdə qazandı
Fransa çempionatında 17-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə 3 qarşılaşma baş tutub.

Səfərdə "Valensyen"in qonağı olan PSJ 3 xalı vurduğu 4 qolla əldə edib. Bu qarşılaşmada Paris təmsilçisinin heyətində İbrahimoviç het-trik edib.

"Nitsa" öz meydanında "Renn"i minimal hesabla, "Lill" isə "Tuluza"nı vurduğu 2 qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, turun digər oyunları bu axşam keçiriləcək.

Fransa çempionatı 17 tur

11 dekabr

"Valensyen" - PSJ - 0:4
İbrahimoviç, 28, 49, 54, Lavezzi,82

"Nitsa" - "Renn" - 1:0
Kvitaniç, 66-pen

"Lill" - "Tuluza" - 2:0
Basa,55, Payet, 83

12 dekabr

“Bastiya” - “Marsel”
“Ayaçço” - “Reyms”
“Evyan” - “Troyes”
“Loryan” - “Soşo”
“Lion” - “Nansi”
“Brest” - “Monpelye”