Messinin rekorduna qarşı iddia
12.12.2012 - 06:28
Messinin rekorduna qarşı iddia
Zambiya Futbol Federasiyası Leonel Messinin 86 qolluq rekorduna qarşı sübut irəli sürməyə hazırlaşır. Apasport.az-ın Globoesporte.globo.com saytına istinadən verdiyi məlumatına görə, sözügedən ölkə bu rekordun yerli hücumçu Qodfri Çitaluya məxsus olduğunu bildirirlər. Zambiyalılar onun 1972-ci ildə rəqib qapılarına nə az, nə çox düz 107 qol vurduğunu iddia edirlər.

Qeyd edək ki, karyerasını 1982-ci ildə başa vuran Çitalu 5 dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.