Meydana daxil olan azarkeşi cəza gözləyir
12.12.2012 - 07:23
İngiltərə Premyer Liqasının 16-cı turunun “Mançester Siti” – “Mançester Yunayted” qarşılaşmasında, meydana öz başına daxil olan azarkeşi ev sahibləri cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, Mattuy Stott adlı azarkeş ömür boyu “zadəganlar”ın stadionuna daxil olub, komandasının oyununu izləyə bilməyəcək.
Hazırda polis nəzarətində olan 21 yaşı Stottun əgər məhkəmə tərəfindən günahı sübut edilərsə, onda “Mançester Siti” tərəfindən bu addım atılacaq.
Qeyd edək ki, Mançester derbisində Van Persinin qələbə qolundan sonra meydana daxil olan Mattuy Stott, Rio Ferdinandın üzərinə qaçaraq onu vurmağa çalışıb.

0
0