Meydan sahiblərindən əzmkar qələbə
12.12.2012 - 13:34
Meydan sahiblərindən əzmkar qələbə
Yaponiyada keçirilən klublararası dünya çempionatında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, V yer uğrunda qarşılaşma baş tutub. Bu matçda 1/4 finalın uğursuzları üz-üzə gəlib.

V yerin taleyinə Asiya derbisində aydınlıq gəlib. Yarışa qitənin ən güclüsü kimi qatılan Cənubi Koreyanın “Ulsan Hyunday” klubu meydan sahibləri Yaponiya çempionu “Sanfreççe Hiroşima” ilə görüşüb. Oyunda 3:2 hesabı ilə qalib gələn “Gündoğar ölkə” təmsilçisi 5-cu pillənin sahibi olub. Hesabı avtoqola imza atan yaponiyalı Mizumoto hesabı açıb. Fasiləyədək Yamaqişinin qolu ilə bərabərlik əldə edən yaponiyalılar Satonun ikinci hissədəki dublu ilə önə keçib. Uzatma dəqiqələrində Li fərqi minimuma endirsə də koreyalılar bundan artığına nail olmayıb.

Qeyd edək ki, yarımfinal oyunlarına da bu gün start veriləcək. Belə ki, Braziliya “Korintians”ı ilə Misir “Əl Əhli”si bu gün, İngiltərə “Çelsi”si ilə Meksika “Monterrey”i sabah qarşılaşacaq.