“Xəzər Lənkəran” – “Neftçi” matçını idarə edəcək hakim bilindi
12.12.2012 - 13:41
“Xəzər Lənkəran” – “Neftçi” matçını idarə edəcək hakim bilindi
Topaz Premyer Liqasının XVII turun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi - “Xəzər Lənkəran” – “Neftçi” matçında ədaləti qoruyacaq referilər müəyyənləşib.

Dekabrın 14-də Lənkəranda baş tutacaq oyunda əsas fit sahibi FİFA dərəcəli hakim Fariz Yusifov olacaq.

14 dekabr (cümə)
16:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Lənkəran şəhər mərkəzi stadionu

15 dekabr (şənbə)
14:00. “Kəpəz” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev
Gəncə şəhər stadionu

14:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. AZAL – “Turan”
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Göyçayski
AZAL Arena

16 dekabr (bazar)
14:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

16:00. “Rəvan” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov
Bayıl Arena