“Simurq”un toplanışının vaxtı bəlli oldu
12.12.2012 - 15:59
“Komanda ölkə xaricindəki təlim-məşq toplanışını digər klublarımız kimi Türkiyədə keçirəcək. Antalyadakı hazırlıqlarımız yanvarın 10-dan fevralın 1-dək müddəti əhatə edəcək. Ancaq hələ hansı oteldə qalacağımız dəqiqləşməyib. Orda 2-3 yoxlama oyunu keçirmək planlaşdırılıb”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un icraçı direktoru Vaqif Əliyev deyib.
Hazırda çempionatın şərikli liderlərindən olan “Simurq”u 2-3 futbolçu tərk edə bilər. Böyük ehtimalla, bunlar serbiyalı hücumçu Nenad Stoyanoviçlə braziliyalı müdafiəçi Anderson olacaq.
Ancaq Əliyev hələ ki gedəcək futbolçuların adlarının dəqiqləşmədiyini bildirdi: “Bizdə futbolçuların komandadan getməsinə dair qərarı baş məşqçi verir. Bu üzdən mən ad çəksəm, sonra həmin futbolçular komandada qalsa, yalançı çıxmış olaram. Buna növbəti 2 tur başa çatdıqdan sonra aydınlıq gələcək”.
Səbuhi TOFİQOĞLU

0
0